ONN İnformasiya Agentliyi

Azərbaycandan “Nobel”ə təqdim olunanlar açıqlandı – SİYAHIDA ONUN da adı var..

Azərbaycandan “Nobel”ə təqdim olunanlar açıqlandı – SİYAHIDA ONUN da adı var..
09 Dekabr 2021 - 13:35

“Bu il Azərbaycandan “Nobel” Sülh Mükafatına 3 nəfərin təqdimatı olub. Onlardan ikisi köhnə, biri isə yeni namizəddir”.

ONN media bildirir ki, bunu Publika.az-a açıqlamasında Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov deyib. O bildirib ki, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin bu il də “Nobel” Sülh Mükafatına namizədliyi irəli sürülüb:

“Şeyxin sülh sahəsində xidmətləri çoxdur. Onun “Nobel”ə təqdimatı sülhməramlı elçi kimi qeyd olunub. Digər namizəd isə akademik Adil Qəribovdur. Onun üzvi kimya ilə bağlı ixtirası var. Yeni namizəd fizionomiya sahəsində kəşflərinə görə Yaşar İbadovdur. Y.İbadov isə insan psixikasındakı hormonlarla bağlı ixtirasına görə “Nobel” Sülh Mükafatına namizəddir. Bu üç namizəddən daha çox Şeyxülislamın şansını yüksək qiymətləndirirəm”.

Bəybala Ələsgərov Prezident İlham Əliyevin 44 günlük savaşdakı xüsusi payına və sülh sahəsindəki xidmətlərinə görə “Nobel” mükafatına namizədliyini irəli sürmək istədiyini qeyd edib: “Bununla bağlı Prezidentin köməkçisi Hikmət Hacıyevə məktub ünvanlamışam. Hələ ki, cavab gözləyirik. Birbaşa özüm Prezidentin təqdimatını verə bilmərəm. Ona görə bu məsələ hələ ki, qalır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png