ONN İnformasiya Agentliyi

Azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib-Özbəkistanda

Azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib-Özbəkistanda
30 Dekabr 2017 - 20:07

ONN media xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib. Tədbirdə 130-dan çox azərbaycanlı uşaq iştirak edib.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc bəxş etmələrini arzulayıb.

Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları uşaqlara xoş anlar yaşadıbl və şənlikdə müxtəlif viktorinalar keçirilib, qaliblərə hədiyyələr verilib.

Sonda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” və “Azərbaycan qartalları” uşaq rəqs ansambllarının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png