ONN İnformasiya Agentliyi

Bəhram: “Mənə yaşamaq imkanı yaratdığınız üçün təşəkkür edirəm”

Bəhram: “Mənə yaşamaq imkanı yaratdığınız üçün təşəkkür edirəm”
19 İyul 2020 - 23:21

Bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ona göstərdiyi diqqət və qayğısına görə təşəkkürünü bildirib.

ONN media  xəbər verir ki, bu barədə B.Bağırzadə instaqram hesabında yazıb:

“Allahdan sonra biz ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o, bizə həyat bəxş edir, sonra isə bu həyata məna verir”. Bu ifadənin kimə məxsus olduğunu xatırlamıram, amma bu gün mən onu Allah-Təala tərəfindən bir çox üstünlüklərə – gözəlliyə, parlaq zəkaya, gözəl qəlbə, müdrikliyə və sonsuz mərhəmətə sahib olan qadına çox böyük, səmimi minnətdarlıq sözləri ilə davam etdirərdim…

Uca Allahın mərhəməti ilə məni həmişə gözəl qadınlar əhatə edib. Lakin amansız 20-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlər mən ölüm astanasında olarkən ölkəmizin Birinci vitse-prezidentinin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim. Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin! Bəhram Bağırzadə”.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png