ONN İnformasiya Agentliyi

Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib

Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib
19 Sentyabr 2018 - 17:32

Sentyabrın 19-da Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gələcəyə inam” adlı müasir musiqi layihəsi üzrə konsert proqramı təqdim olundu.

Nazirlikdən ONN media -ya verilən məlumata görə, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və BMA-nın tələbələri iştirak edirdi.

Əvvəlcə konsertin solisti, tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəylinin sənət dünyasından, Azərbaycanın musiqi mədəniyyətinə töhfələrindən söz açdı. Bildirdi ki, Üzeyir bəyin adına bu il 10-cu dəfə keçirilən beynəlxalq musiqi festivalı böyük bəstəkarın yaradıcılıq ənənələrinin yaşadılması və təbliğinə xidmət edir.

Daha sonra Ülviyyə Hacıbəyovanın ifasında Nazim Əliverdibəyovun "Bayatı-Şiraz", Əfrasiyab Bədəlbəylinin "Vals", Fərhad Bədəlbəylinin "Xatirələr", Arif Məlikovun "Ötəri anlar", Firəngiz Əlizadənin fortepiano üçün musiqi, Fərəc Qarayevin sonata, İsmayıl Hacıbəyovun variasiyalar, İ.Stravinskinin “Reqtaym”, V.Zaderatskinin sonata və E.Satinin “Bürokratik sonata” əsərləri səsləndirildi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib
Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png