ONN İnformasiya Agentliyi

Bakıda beynəlxalq festival keçiriləcək

Bakıda beynəlxalq festival keçiriləcək
01 Dekabr 2017 - 1:01

ONN media xəbər verir ki, Almaniyanın Höte İnstitutu dekabrın 5-də Almaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan olan tanınmış musiqiçilərin iştirakı ilə “Bakı İpək Yolu” festivalı təşkil edəcək.

Festival çərçivəsində Bakıda caz konsertləri, musiqi seminarları, eləcə də müxtəlif sərgilər təşkil ediləcək.

Tədbirə qatılan incəsənət xadimlərinin təmsil etdikləri ölkələr tarixi İpək Yolunun bir hissəsini təşkil edir. Almaniyada formalaşmış ideyaya görə bu yol nəinki məhsul, eləcə də Şərq ilə Qərb arasında incəsənət və ideya mübadiləsi üçün əlverişli imkandır.

Tədbirlər “Kapellhaus”, Şirvanşahlar Sarayı, “Rotunda Jazz Club” və “Chamber&Organ Music Hall”da keçiriləcək. Konsertlərə giriş sərbəstdir.

Festival dekabrın 14-dək davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png