ONN İnformasiya Agentliyi

Bakıda məşhur hind aktyoru Dharmendra haqqında filmin təqdimatı olub

Bakıda məşhur hind aktyoru Dharmendra haqqında filmin təqdimatı olub
27 Dekabr 2017 - 18:50

Bu gün telejurnalist Namiq Qurbanın hazırladığı "Dharmendra – Məhəbbət Elçisi" adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib.  Təqdimatda çıxış edən N. Qurban bildirib ki, 47 dəqiqəlik xronometrajlı film dünya və Hindistan kinosunun veteran aktyoru, "He man" ləqəbli, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan Dharmendra Deolun məhəbbət işığında yaşadığı xoşbəxt ömrü, bərəkətli yaradıcılığına həsr edilib. 

N. Qurban əlavə edib ki, Azərbaycan dilində hazırlanan film ingilis, rus dillərinə tərcümə olunub. Hazırda filmin hind və ərəb dillərinə tərcüməsi yekunlaşmaq üzrədir. 

N. Qurban bildirib ki, filmdə məhəbbət ətrafında birləşməyin vacibliyindən bəhs olunur: "Film Dharmendranın bəşəriyyətə bir sevgi mesajı kimi hazırlanıb. Bu film Azərbaycan və Hindistan mədəniyyətlərarası dostluq körpüsüdür". 

Təqdimatda çıxış edən Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana isə deyib ki, bu film təkcə Dharmendra haqqında deyil, həm də insanlar arasında sevgini ifadə edir. Səfirin sözlərinə görə, rejissor bu film vasitəsilə iki xalq arasında olan sevgini nümayiş etdirir: "Bakıda hind aktyoru haqda belə tədbirin keçirilməsindən məmnunam. Bu, Azərbaycan və Hindistan arasında birləşdirici körpüdür". Apa.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png