ONN İnformasiya Agentliyi

Bakıda “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi keçirildi

Bakıda “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi keçirildi
18 Sentyabr 2019 - 12:25

Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.


ONN media
xəbər verir ki, açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib.

Xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, Natiq Ristm” qrupunun bədii rəhbəri Natiq Şirinov, tarzən Ramiz Quliyev, Səkinə İsmayılova, Ağa Cəbrayıl Abasəliyev və başqaları çıxış edərək, bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.

Bunlar 31 ölkəyə – Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png