“Bakının qızları” mahnısının ifaçısı vəfat edib

60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

ONN media xəbər verir ki, bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat verib.

60-80-ci illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi C.Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi teleradionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış C.Əliyev səhnədə çox az müddətdə parlayıb.