ONN İnformasiya Agentliyi

Bu gün Rəşid Behbudovun vəfat etdiyi gündür

Bu gün Rəşid Behbudovun vəfat etdiyi gündür
09 İyun 2022 - 10:00

Unutmayaq, unutdurmayaq!

Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib.

Musiqiyə ilk addımları…

1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan «Müstaid» yay konsertinə iştirak etməyə dəvət edirlər. O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid, 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar.

Rəngarəng yaradıcılıq
1946-cı ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. Tofiq Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında Tofiq Quliyevin «Azərbaycan», «Neftçi mahnısı», «Züleyxa-xanım» və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri Fikrət Əmirovla da yaxşılaşır. Maestro bəstəkarın «Gülüş», «Ulduz» romanslarını, «Sevdiyim yardır» və b. mahnılarını ifa edir.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Hal-hazırda qızı Rəşidə Rəşid atasının yolunu davam etdirir.
Ölümündən sonra onun haqqında filmlər çəkilməyə başladı. 2000-ci ildə «Hər şey olduğu kimi» filmi çəkildi. Film dahi müğənni, xalq artisti Rəşid Behbudov haqqında toplanmış xronikal kadrlardan ibarətdir. Tamaşaçı bir daha onun məlahətli səsi ilə ovsunlanır.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png