ONN İnformasiya Agentliyi

Bu gün Rasim Balayevin doğum günüdür

Bu gün Rasim Balayevin doğum günüdür
08 Avqust 2018 - 8:41

ONN media xəbər verir ki, Azərbaycan kinosunda “Babək”, “Nəsimi”, “Beyrək” kimi və s rolları ilə tamaşçı sevgisini qazanmış xalq artisti Rasim Balayevin bu gün doğum günüdür. Rasim Balayev bu gün 70 yaşını qeyd edir.
Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatıçısı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. İlk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərində oynadığı böyük və çətin rollardan əlavə kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png