ONN İnformasiya Agentliyi

“Bu şəhərdə”dən gözlənilməz ADDIM

“Bu şəhərdə”dən gözlənilməz ADDIM
02 Aprel 2020 - 20:37

ONN media xəbər verir ki, “Bu şəhərdə” komandası Prezidentin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat ianə edib.

“Bu şəhərdə” teatrının konsertlərinin təxirə salındığı və gəlirinin tamamilə olmamasına baxmayaraq, bu addımı atması maraq və sayğı ilə qarşılanıb.

Bu barədə açıqlama verən “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov bildirib ki, kollektiv bu böyük kampaniyadan kənarda qala bilməzdi:

“Koronavirusla Mübarizəyə Dəstək Fondu, Prezidentin də qeyd etdiyi kimi, xalqımızın həmrəylik kampaniyasına çevrilib. Dövlətimizin koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə dəstəyimizi ifadə etməyin bir yolu da bu kampaniyaya qoşulmağımızdır. İnanıram ki, bu təhlükəni ən yaxın müddətdə tarixə çevirəcəyik və evdə qaldığımız bu günlər “Bu şəhərdə”nin səhnəciklərində gülüşlə xatırlanacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu 19 mart 2020-ci ildə yaranıb. Prezident öz ehtiyat fondundan bura 20 milyon köçürüb və ardınca bir illik əmək haqqını Fonda ianə edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bir illik əmək haqqını Fonda bağışlayıb.

Hazırda Fondun vəsaitləri 106 milyon 214 min 726 manatdır. Fonda 5942 fiziki, 2156 hüquqi şəxs ianə edib.(kult.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png