Elmira Rəhimova illər sonra efirdə — FOTO

Xalq artisti Elmira Rəhimova uzun illərdən sonra ilk dəfə efirə çıxıb.

ONN media-nın məlumatına görə, sənətkar "Xəzər" televiziyasında Zaur Kamalın aparıcılığıyla yayımlanan " 5-də 5" verilişinin hacı Nuran Hüseynovun doğum gününə həsr edilmiş buraxılışında iştirak edib. 

Verilişdə E.Rəhimovayla yanaşı əməkdar artistlər Manana Caparidze, Abbas Bağırov, tanınmış güləşçi Rəsul Çunayev, telekanalın keçmiş xəbər aparıcısı Anar Nəcəfli  iştirak ediblər.

Qeyd edək ki, 76 yaşlı sənətkarın nitqində qüsur yarandığı üçün bir neçə ildir ki, efirə çıxmırdı.