ONN İnformasiya Agentliyi

Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu

Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu
07 Sentyabr 2022 - 12:46

Azərbaycanlı estrada müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub.

ONN media xəbər verir ki, əvvəlcə sənətçi ilə vida mərasimi keçirilib, ardından torpağa tapşırılıb.
Mərasimdə Firəngiz Rəhimbəyovanın ailə üzvləri və sevənləri ilə yanaşı, Azərbaycanın Los-Ancelesdəki konsulluğunun nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Firəngiz Rəhimbəyova avqustun 16-da vəfat edib. Bir sıra filmlərdə də rol alan sənətçi daha çox “Bəxt üzüyü” filmindəki Sevda obrazı ilə yadda qalıb.

O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png