Gülçöhrə Şəfiyevanın ayağı amputasiya edilib

Rejissor Gülçöhrə Şəfiyeva əməliyyat olunub.

ONN media xəbər verir ki, 74 yaşlı rejissorun ayağı amputasiya edilib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən G.Şəfiyeva müalicə alsa da, ayaq ağrılarından əziyyət çəkib. Bu səbəbdən onun bir ayağı amputasiya edilməli olub.

Qeyd edək ki, G.Şəfiyeva Prezident təqaüdçüsüdür. O, 1994-cü ildən Heydər Əliyev adına Sarayın baş rejissoru kimi fəaliyyət göstərib.