ONN İnformasiya Agentliyi

Gürcüstanda Nərimanovun abidəsi bərpa edildi

Gürcüstanda Nərimanovun abidəsi bərpa edildi
19 May 2020 - 19:28

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı-publisist Nəriman Nərimanovun heykəli əsaslı bərpa olunub.

ONN media xəbər verir ki, abidənin təmir-bərpası Marneulinin icra başçısı Zaur Darğallının təşəbbüsü ilə həyata keçirilib.

Bu gün Z.Darğallı abidəni ziyarət edib.

Bildirilib ki, heykəlin postamentinə N.Nərimanovun adı sabah yazılacaq.

Qeyd edək ki, Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan abidə üzərində heç bir bərpa işləri aparılmadığından qəzalı və baxımsız vəziyyətdə idi.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png