Həmrəylik günü milli birlik, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. Bildirilib ki, həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Akademik N.Vəlixanlı Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib, dünyanın ayrı-ayrı ölkələrində diasporumuzun fəaliyyətinin əhəmiyyətindən danışıb.

Alim əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.