ONN İnformasiya Agentliyi

Hacı Zeynalabdin Tağıyevin evi təmir edildi – VİDEO

Hacı Zeynalabdin Tağıyevin evi təmir edildi – VİDEO
19 İyun 2020 - 22:17

Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evində təmir-bərpa işi başa çatıb.

ONN media  xəbər verir ki, tanınmış polyak memar, “Qafqazın Rastrellisi” adlandırılan Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub.

Bağ evində restavrasiya baş çatsa da, hazırda dekorasiyaların yerinə qoyulması kimi son tamamlama işləri aparılır.

Qeyd edək ki, bina 1000 kv. metrə yaxın ərazini əhatə edir, hündürlüyü isə 10 metrə yaxındır. İkimərtəbəli mənzildə 14 otaq var. Evin ziyarətə nə vaxt açılacağı isə hələ bilinmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png