“Heydər Əliyev İrsi Milli Sərvətimizdir” adlı videokonfrans keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə 10 may 2020-ci il tarixində saat 12:00-da “Heydər Əliyev İrsi Milli Sərvətimizdir” adlı onlayn videokonfrans keçiriləcək.

ONN media  xəbər verir ki, videokonfrans zamanı ümummilli liderə məxsus unikal eksponatlar üzərindən mərkəzlərin direktorları tərəfindən qısa canlı səyahət ekskursiyaları təşkil olunacaq.

Tədbirdə ZOOM tətbiqi proqramı üzərindən aşağıdakı linkdən istifadə etməklə iştirak mümkündür:

Join Zoom Meeting

https://us04web.zoom.us/j/77142647291?pwd=OVV1Y1IreWREdUFmQ0kycU1kNDVQdz09

Meeting ID: 771 4264 7291

Password: 8L3rte