ONN İnformasiya Agentliyi

İncəsənət Muzeyində – “Dünyam”

İncəsənət Muzeyində – “Dünyam”
29 Aprel 2019 - 19:10

“Dünyam” – Milli İncəsənət Muzeyində növbəti rəsm sərgisi təşkil olunacaq. 

Mayın 3-də Milli İncəsənət Muzeyində gənc rəssam Zəhra Quliyevanın “Dünyam” adlı fərdi rəsm sərgisi açılacaq.

Muzeydən ONN media-ya  bildirilib ki, sərgidə rəssamın müxtəlif mövzu və janrda 30-dan çox sənət əsəri nümayiş ediləcək.

Sərginin əsas hissəsini natürmortlar təşkil edir; bu, rəssamın sevimli janrıdır. Rəssamı havanın, qabların və mayenin şəffaflığının ifadə edilməsi kimi çətin vəzifə cəlb edir. Buna görə də, onun lakonik əsərlərində, müxtəlif səthlərdə dolu qədəhlər və rəngarəng reflekslər çoxluq təşkil edir. Güllər, meyvələr, içkilər – bütün bunlar əsərlərdə yaşayır və nəfəs alır. Realistik əsərlərdən savayı, şərti tərzdə yaradılan natürmortlar da var. Rəssam özünü həm də fəal olaraq kollajlarda sınayır. Bundan əlavə, o qadın portretlərini də sevir və bu mühitdə, o, müxtəlif rəsm üslublarında özünü sınayır.

 

Mayın 7-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png