ONN İnformasiya Agentliyi

İnfarkt keçirən xalq artistinin SON VƏZİYYƏTİ NECƏDİR?

İnfarkt keçirən xalq artistinin SON VƏZİYYƏTİ NECƏDİR?
25 Yanvar 2021 - 13:44

İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilən xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin səhhətində irəliləyişlər var.

ONN media  xəbər verir ki, bunu  açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

O bildirib ki, həkimlər xalq artistini ağır durumdan çıxarmaq üçün əllərindən gələni edirlər: “Eldar müəllimin yanaşı xəstəlikləri də olduğu üçün bir neçə istiqamətdə həkimlər tərəfindən müayinə və müalicələr aparılır. Hazırda qismən danışa bilir, huşu aydındır. Amma əvvəl insanları tanımaqda çətinlik çəkirdi”.

Ə.Vəliyev xalq artistinin Prezident İlham Əliyevin ona ünvanladığı təbrikdən xəbərdar olduğunu və təşəkkür etdiyini bildirib: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova xalq artisti Eldar Quliyevlə telefonla danışıb və Prezident İlham Əliyevin təbrikini çatdırıb”.

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i, 80 illik yubileyi günü infarkt keçirərək xətəxanaya yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png