İntiqam Mehdizadənin dəfn olunacağı yer açıqlandı

Əməkdar jurnalist, yazıçı-publisist İntiqam Mehdizadə İsmayıllı şəhərində dəfn olunacaq.

ONN media xəbər verir ki, bu barədə jurnalist Yusif Məhəmmədoğlu məlumat verib.

Dəfn mərasimi bu gün saat 12-də baş tutacaq.

Qeyd edək ki, tanınmış jurnalist ötən gün 77 yaşında vəfat edib.