ONN İnformasiya Agentliyi

“Kurtlar Vadisi”nin məşhur aktyoru Bakıda – FOTO

“Kurtlar Vadisi”nin məşhur aktyoru Bakıda – FOTO
13 Mart 2018 - 19:33

Türkiyənin məşhur “Kurtlar Vadisi” teleserialında Ömər Baba obrazı ilə yadda qalan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi” və “Matryoşka” tamaşalarının müəllifi Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.

Teatrın mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, qonaqları sənət ocağının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə aparılan təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şərait ilə yaxından tanış olublar.

Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın səhnəsində quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan “Nuri-didə Ceyhun” tamaşasının məşqlərinə baxıblar.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png