Məhərrəm Bədirzadə vəfat etdi

Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə vəfat edib.

ONN media xəbər verir ki, o, aprelin 8-də qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Bədirzadə 1945-ci ilin yanvar 13-də Bakıda anadan olub. Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan rejissor təhsil aldığı universitetində çalışıb.