ONN İnformasiya Agentliyi

Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib

Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
30 Yanvar 2019 - 19:02

Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğuladı.

Görüşdə Mədəniyyət Nazirliyi və İtalyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti” Nəşriyyat Evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd edildi. Həmçinin görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edildi, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıldı və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi barədə vurğulandı.

Nəşriyyat Evinin təsisçisi Sandro Teti səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirdi, həmçinin Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə etdi.

Eyni zamanda nazir İtaliya Hökümətinə festivalın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png