ONN İnformasiya Agentliyi

Məşhur türklər Azərbaycana gəlirlər – GİRİŞ PULSUZDUR

Məşhur türklər Azərbaycana gəlirlər – GİRİŞ PULSUZDUR
21 Noyabr 2019 - 21:59

Bakı daha bir film həftəsinə qucaq açır.

ONN media bildirir ki, noyabrın  25-də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm  Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin,  Yerli Düşüncə Dərnəyinin,  TİKA agentliyinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin  dəstəyi ilə “5. Türk  Filimləri Həftəsi – Bakı”nın açılış mərasimi  keçiriləcək.

Mərasimə AKP-nin Ordudan millət vəkili və Yerli Düşüncə Dərnəyinin baş direktoru Metin Gündoğdu, “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya İşıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksonqur,  “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla İrmak, “Kapan” filminin rejissoru  Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru  Mustafa Kotan,  həmçinin FİYAP baş  katibi Ahmet Edebali, SETEM baş direktoru Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət üzrə redaktoru Bedir Acar, Türk Filmləri Həftəsinin layihə assistenti Fatma Gezer və Türk Filmləri Həftəsinin baş koordinatoru  Öner Kılıç qatılacaqlar.

Açiliş mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat  zalında KİV nümayəndələri üçün mətbuat konfransı keiriləcək. Rəsmi hissədən sonra rejissor Şükrü Alaçamın “Locman” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, film həftəsi ərzində noyabrın 26-da saat 17:00-da “Locman” filmi, 19-00-da “Kapan”; noyabrın  27-də saat 17:00-da “Annem”, 19:00-da “Çakallarla dans 5”; noyabrın  28-də saat 17:00-da  “Çakallarla dans 5”, 19-00-da “Kapan”; noyabrın 29-da  saat 17:00-da “Rafadan Tayfa”, 19:00-da “Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png