Midhat Aydın: “Sabahını düşünən qəhraman olmaz” – MÜSAHİBƏ

Azərbaycanın  dəyərli  aktyorlarından,  bir-birindən  seçilən  obrazlara  həyat  verərək  insanların  sevgisini qazanmaqla yanaşı  Vətənə  olan  sevgisi ilə  rəğbət  qazanan  Midhat  Aydın  son  zamanlar  Ermənistanın  Tovuzda  törətdiyi  təxribatla  bağlı fikirlərini bizimlə bölüşdü.  ONN media  oxuculara  müsahibəni  təqdim edir.

Ermənistan  silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə nə deyə  bilərsiniz?

 -1987 –ci ildə  mədəniyyət işçisi olaraq İrəvanda  Respublikalar arası  semenarda  iştirak  etməli  oldum  və   yeganə  Azərbaycan nümayəndələridik ki,  münasibət  bizə  çox  pis  idi.  O  zaman  hiss  etməyə  başladım  ki,  qarşıda  bizi  xoşagəlməz  hadisələr  gözləyir. O vaxt  mənə  “təxribat”  sözü tanış  deyildi,  amma  artıq  düz  33  ildir  bu  “təxribat”  sözü  nəinki  mənim,  bütün  Azərbaycanın  dilinə  və  beyninə  həkk  olunan  dəhşətli  sözə  çevrilib. Təxribata  nəinki  sərhədlərimizdə, hətda  daxilimizdə də,  hər zaman hazır  olmalıyıq  qarşıda  düşmənimizin  kölgəsi,  arxada  doğma  ölkəmiz,  düşmənlə  döyüşmək  üçün  daima  döyüş  ruhunda  olmalıyıq.  Azərbaycanın  iqtisadiyyatı  çoxaldıqca,  genişləndikcə dünya  ölkələrinin  ölkəmizə  marağı  daha  çox  artır, bizim  iqtisadiyyatımız  düşmənin  gözünü  çıxarır. Mən  çox  istərdim  ki,  çoxlarına  tanış  olmayan  söhbətlər  edim,  lakin nə  etmək  olar  söhbətlər yenə   ümumiləşir, danışığımda  eyniləşir. Bir  onu söyləyə  bilərəm ki,  gücə  qarşı  güc,  təxribata  qarşı  döyüş. Əgər  rahat yaşamaq  istəyirsənsə yatma, düşmənin  bizim  ölkəyə  qarşı  hansı təxribata  əl  atacağını  onun  üzündən  oxu,  gözünə  bax   gözündən  oxu,  vur, vur  ki,  gözü  qorxsun  sonrası  nə  olursa  olsun. Sabahını  düşünən  qəhraman  olmaz.

 Yaxın günlərdə  bəzi  Avropa  ölkələrində  və  bir  sıra  şəhərlərdə həmvətənlərimizin  Ordumuza  verdikləri dəstək  aksiyalarında ermənilər  tərəfindən  zorakılıqla  qarşılaşırlar. Buradan xaricdə ermənilərin  qarşısında Ordumuza  dəstək verən  həmvətənlərimizə  nə söyləmək istərdiniz?

 –Ermənilərdə  bir-birilərinin  siyasəti  ilə  hərəkət  edirlər. Buda  bir  cavabdır: Parçala,  höküm  sür. 1979 –cu  ildə  Latviyada  hərbi  xidmətdə  olanda  120  nəfər  bir  rotadaydıq,  20  erməni,  24  azərbaycanlı  digərləri  müxtəlif  millətlərdən idi. Bizim  çoxluğumuz  onları  qorxu  altında  saxlayırdı,  bizə  qarşı  mehirban  münasibət  bəsləyirdilər. O  vaxta  qədər  ki,  bizi  dörd  yerə  bölüb  müqavimət  göstərdilər. Birinci  altı  nəfərimizi  ermənilər  döyəndə, qalanları elə-belə  seyr  edirdi,  ikinci  altıncı  nəfərə  keçəndə  isə  mən  söylədim  ki,  ay uşaqlar,   növbədə  sizdə  ola  bilərsiniz  və  kütləvi  davaya  başladıq,  hər  kəs  qoşulmasada onları əzdik.  Döyüşdən  sonra birləşdik onlara yerlərini göstərməli olduq. Mən,  Qarabağ  müharibəsi  başlayandan  tez-tez   bölgələrdə  əsgərlərin  qarşısında  iştirak  etmişəm.  Deyir,  Koroğlunun  bir  əlində  saz,  bir əlində  qılınc  olub.  Mənim bir  devizim  olub,  bu yolların  son  ucunda    şəhidlikdir  qismətim.   Xaricdə  yaşayanlarda  bunu  çox  gözəl  bilməlidirlər  hansı  ölkədə  yaşamaqlarından  aslı  olmayaraq sən Türksən, Türk  müdafiə  olunmalı, müqavimət göstərməli, nəhayətində döyüşməlidir,  heç  nədən  qorxmamalıdır.“Qorxan  gözə  çöp  düşər”  – deyirlər,  qorxmasınlar,  məndə  izləyirəm  və  orada  olsaydım   şühpəsiz  başda  onlarla  bərabər  gedərdim.

Metro stansiyalarından birinə şəhid general-mayor Polad Həşimovun adının verilməsi təklifi vətandaşlarımız  tərəfindən irəli  sürülüb. Midhat  müəllim,  bu  təklifi necə  dəyərləndirirsiz  və başqa  hansı  bir  yerə  bu  adın  verilməsini  istərdiniz?

-Mənim  fikirim  budur  ki,  general-mayor Polad  Həşimovun  adının  metro  stansiyasına  verilməsinə  heç  etirazım  yoxdur. Çox  yaxşı,  niyə?   Buna  görə  ki,  xalqımız  hər  gün  bu adı eşitmək  istəyir: “Növbəti  stansiya  general-mayor Polad  Həşimov”. Mən əsgəri  xidmətdə  olarkən,  hərbi  hissələrin  adları  rus qəhramanlarının adını  daşıyırdı. Bizim  hərbi  hissələrin  birinə general-mayor Polad Həşimovun  adının  verilməsini  çox  istərdim. Mənim  ən  böyük  istəyim, ölkəmizi  hər  daim  müstəqil  görməkdir. Çox şükür bizim Ali Baş Komandanımız İlham  Əliyev nəinki  döyüş  komandanı,  ölkədə  baş  verən bütün  hadisələrə  biganə  qalmayan  bir  şəxsiyyətdir. Mədəniyyətimizə Prezidentimizlə  yanaşı,  Vitse-prezident  Mehirban Əliyeva yaxından iştirak edir,  qayğı-sayğı  ilə  yanaşırlar, doğma münasibət göstərirlər.

Qarabağla bağlı ermənilərin ekranlaşdırdığı  bir film Kann Film  Festivalına qədər getdi, bəs biz niyə belə bir film çəkmirik? 

-Sovet  müharibəsində bir söz  vardı, “Hər  şey cəbhə  üçün,  hər şey  qələbə  üçün”.  İndi  mənə  elə  gəlir ki, bu sözü  biraz özəlləşdiriblər, “Hər  şey  mənim  üçün,  mənim  üçün…”, çoxu demək istəməzdim,  lakin bəziləri.  “Sonsuzluğa  uzanmış  gecə” adlı Xocalı  soyqrımı haqqında filmə biraz  münasibət göstərilsə  bütün  dünyanı  gəzib  erməninin  iç  üzünü  açar.  Vətənini sevən, vətənpərvər rejissor Nadir Maçanov bu filmin çəklişini  hər  tərəfli  boynuna  götürüb,  çətin və şərəfli işi,  çox əziyyət  çəkib. Mənə  elə  gəlir,  yalnız  Nadir müəllimi  alqışlamaq  lazımdır. Film  çəklişi  zamanı  bizə  artıq taxta  lazım  idi  və əlbəttə ki,  çoxluğundan  taxtanın  qiymətində  endirim  etmək  istədik  lakin   taxta  sexinin  rəhbəri  bizə  dedi  ki,  nə  edirsiz  bu  qədər taxtaları,  biz bildirdik  ki,  Xocalı  haqqında  film  çəkirik  və  qarşısıda  mənə  nə  dəxli  cavabını  aldıq. Bəli,  bizim  biganəliyimiz  olmasa    daha  yaxşı  olar. Qəhramanlar  heç  zaman  ölməz, onlar  əbədi  yaşayırlar  sən  demə  dirilik  suyu  şəhid  olmaq,  qəhraman  olmaqdır. 

Midhat müəllim, bir  çoxlarımıza  örnək  olan  fikirlərinizə  və  səmimi  açıqlamalrınıza  görə,  Sizə  təşəkkür  edirəm.

-Səidə xanım, suallar möhtəşəm idi. Sizə və ONN İnformasiya Agentliyinə  öz  minnətdarlığımı  bildirirəm  bu  zamanda  bizim  fikirlərimizə  önəm  verib,  diqqət  göstərdiyiniz  üçün. Sevgi  ilə  qalın.

Səidə  Seyidova