ONN İnformasiya Agentliyi

Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək

Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək
08 Noyabr 2022 - 9:53

Noyabrın 9-da Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək.

ONN media xəbər verir ki, XTNS-nin “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə və 2020-ci il Vətən müharibəsində Zəfər Gününə həsr edilmiş filmin qapalı nümayişi olacaq.

Real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.

Film Azərbaycan dilində nümayiş etdiriləcək

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png