ONN İnformasiya Agentliyi

Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib

Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib
17 Sentyabr 2018 - 20:10

Sentyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinin mükafatlandırılması mərasimi keçirildi.

Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı.

Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Vurğuladı ki, mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Bu gün mədəniyyət işçilərinə göstərilən diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir.

Qeyd edildi ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsusilə əlamətdardır: “Azərbaycan xalqı çox istedadlı xalqdır. Xalqımız mədəniyyətimizin müxtəlif sahələrində böyük sənətkarlar, dahilər yetişdirib. Bu istedadlı insanlar bu gün də yetişir. Onlar bizim mədəniyyətimizi, musiqimizi yaşadır, təbliğ edir, tanıdırlar. Dövlətimiz də onların əməyini həmişə yüksək qiymətləndirir, onları dəyərləndirir”.

Nazir vurğuladı ki, mədəniyyətimiz, o cümlədən musiqi sənətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.

Nazir qeyd etdi ki, təqdimat mərasiminin 18 sentyabr – Milli musiqi günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.

Sonra təltiflər sahiblərinə təqdim olundu.

Xalq artisti Teymur Göyçayevə “Şöhrət” ordeni təqdim olundu.

Xalq artisti və Əməkdar artist adına layiq görülmüş musiqiçilər fəxri adların vəsiqələri və nişanları təqdim edildi.

Mərasimdə çıxış edən “Şöhrət” ordenli Xalq artisti Teymur Göyçayev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıq ifadə olundu.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzuladı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png