ONN media

Müslüm Maqomayevin mahnıları Almatıda səslənəcək

Müslüm Maqomayevin mahnıları Almatıda səslənəcək
09 Sentyabr 2019 - 21:43

16 oktyabr Jambıl adına Qazaxıstan Dövlət Filarmoniyasında Qazaxıstanın tanınmış “Mezzo” qrupunun konserti baş tutacaq. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

“Sən mənim melodiyamsan” (Ты моя мелодия) adlı konsertdə Azərbaycanın dahi müğənnisi Müslüm Maqomayevin hamının tanıdığı və bəyəndiyi mahnıları səslənəcək.

Xatırladaq ki, “Mezzo” qrupu cari ilin aprelin 10-da Bakını ziyarət edib və Bakı Filarmoniyasında konsert verib. Konsert yerli auditoriyanın böyük marağına səbəb olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png