ONN İnformasiya Agentliyi

Muzey və qoruqlara getmək istəyənlərə şad xəbər

Muzey və qoruqlara getmək istəyənlərə şad xəbər
25 May 2020 - 10:39

Bu gündən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri başlayır.

ONN media xəbər verir ki, 28 May – Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png