Nərgiz Əliyarovanın Nyu-Yorkda konserti olacaq

ONN media Azərbaycanın Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın saytına istinadən xəbər verir ki, fevralın 9-da Nyu-York Universitetində musiqiçinin mühazirə-konserti olacaq.

Mühazirə-konsert Azərbaycan musiqisinin XX əsrin ikinci yarısından başlayaraq indiyədək olan mərhələsini əhatə edəcək. Tədbirdə Q.Qarayev, V.Mustafazadə, C.Hacıyev, A.Rzayev, A.Əlizadə, A.Məlikov, F.Əlizadə və F.Sücəddinovun əsərləri səsləndiriləcək.