ONN İnformasiya Agentliyi

Nərimanovun Gürcüstandakı heykəli bərpa olunur

Nərimanovun Gürcüstandakı heykəli bərpa olunur
18 Oktyabr 2019 - 18:40

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və həkim Nəriman Nərimanovun heykəli və onun adını daşıyan park bərpa olunacaq.

ONN media Report-a istinadən xəbər verir ki, bu barədə Marneuli rayonunun icra başçısı Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, rayonda olan bütün parkların bərpası nəzərdə tutulub: “Təmir-bərpa işləri zamanı parkların ərazisində yerləşən obyektlər də nəzərə alınacaq. Bu işlərin aparılması ilə bağlı müsabiqə keçiriləcək. Müsabiqəyə təqdim olunan layihələrin həyata keçirilməsi məqsədilə tender elan olunacaq. Marneulidəki bütün parkların bərpasının 2020-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb”.

Qeyd edək ki, ötən ay N.Nərimanovun Marneulidəki heykəli daha da qəzalı vəziyyətə düşüb. 1980-ci illərin əvvələrində ucaldılan abidənin postamentində yerləşən mərmər lövhələrin bir neçəsi yerindən qopub, fundamentində çatlar əmələ gəlib. Heykəlin yerləşdiyi parkın təmir-bərpa və abadlıq işlərinə böyük ehtiyacı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png