ONN İnformasiya Agentliyi

Naxçıvanlı kanon ifaçısı konsert üçün Bakıya dəvət olunub

Naxçıvanlı kanon ifaçısı konsert üçün Bakıya dəvət olunub
07 Yanvar 2024 - 20:34

ONN media xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin müəllimi, Prezident mükafatçısı Sevinc Babayevaya Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin rəhbərliyindən birgə konsert üçün təklif gəlib.

Belə ki Xalq artisti, professor, “Şöhrət” ordenli Ağaverdi Paşayevin dəvəti ilə kanon ifaçısının Bakı şəhərində konsert proqramı ilə çıxışı gözlənilir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin müşayəti ilə keçiriləcək konsert proqramının yaxın aylarda təşkil olunacağı planlaşdırılır.

Qeyd edək ki, konsert proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png