ONN İnformasiya Agentliyi

Nazir bəstəkarları tənqid etdi

Nazir bəstəkarları tənqid etdi
30 Oktyabr 2019 - 14:22

Son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqiləri səslənir, niyə bəstəkarlarımız bununla məşğul olmurlar?

ONN media xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bəstəkarlara səslənərək bu problemin aradan qaldırılmasında iştirak etməyə çağırıb:

“Düzdür, biznes mühiti tamam başqa məsələlər diqtə edir, ancaq biz dövlət olaraq yaradıcı ittifaqlara dəstək veririk. Azərbaycan bəstəkarları bununla niyə məşğul olmurlar? Əgər belə getsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa bir musiqi görməyəcəyik. Ona görə mən bəstəkarlarımızı bu məsələlərdə həssas olmağa çağırıram. Gəlin, bu barədə məsələ qaldıraq, bu kimi problemlər həll olunsun”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png