ONN İnformasiya Agentliyi

Nazir müavini 75 yaşlı Xalq artistinə baş çəkib

Nazir müavini 75 yaşlı Xalq artistinə baş çəkib
04 May 2022 - 15:11

Mədəniyyət nazirinin müavini Elnur Əliyev Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli professor, tarzən Ramiz Quliyevə baş çəkib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir müavini Xalq artistini 75 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

R.Quliyev də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png