ONN İnformasiya Agentliyi

Niftulla Əsgərov vəfat etdi

Niftulla Əsgərov vəfat etdi
22 Yanvar 2024 - 10:50

Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

ONN media xəbər verir ki, Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin “Xor-xor” əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H.Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B.Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”nda Əliəşrəf bəy və s. obrazları canlandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png