“O, Xarqo idi” filmi bu tarixdə təqdim olunacaq

May 6-sı saat 19:00-da Nizami Kino Mərkəzində Fransa Müqavimət Hərəkatının “Xarqo” ləqəbli partizanı, Fransa Milli Ordusunun əsgəri Akmed Mişel – Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Bu barədə  açıqlamasında filmin kinorejissoru Tahir Tahiroviç deyib.

Onun sözlərinə görə, film Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Salnaməfilm studiyası”ında istehsal olunub.