ONN İnformasiya Agentliyi

Opera və Balet Teatrında “Şəhrizad” baleti nümayiş olunacaq

Opera və Balet Teatrında “Şəhrizad” baleti nümayiş olunacaq
02 Oktyabr 2019 - 21:12

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş ediləcək.

ONN media xəbər verir ki, müəllifi məşhur xoreoqraf Mixail Fokin olan səhnə əsərində əsas partiya – Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edəcək. Səhnə əsərində, həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış edəcəklər.

Səhnə əsəri bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png