ONN İnformasiya Agentliyi

Pərvin Nurəliyeva “Dədə Qorqud” müsabiqəsinin qalibi oldu Ankarada

Pərvin Nurəliyeva “Dədə Qorqud” müsabiqəsinin qalibi oldu Ankarada
20 Dekabr 2017 - 1:26

ONN media AZƏRTAC -a istinadən xəbər verir ki, müsabiqə TÜRKSOY ilə Avrasiya Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Ankaradakı mənzil-qərargahında keçirilən mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman və digərləri bu cür müsabiqələrin türk dünyasının qardaş xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinə, türk mədəniyyətinin təbliği işinə mühüm töhfə verdiyini bildirdilər.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu məlumat verib ki, 48 əsərin təqdim edildiyi müsabiqənin qalibləri arasında tanınmış yazıçılarla yanaşı, gənc qələm sahibləri də var. Münsiflər heyətinin üzvləri qalibləri müəyyənləşdirərkən biri-birindən maraqlı əsərlərlə tanış olublar.

Münsiflər heyətinin qərarına görə, müsabiqədə birinci yerə Türkmənistandan Oğulmaya Semizadə, ikinci yeri Türkiyədən Lütfi Şahsuvaroğlu, üçüncü yerə isə həmyerlimiz Pərvin Nurəliyeva layiq görülüblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png