Düşmənin Ağdərədə yerləşən qərargahına AĞIR ZƏRBƏ: Düşmən çox sayda itki verdi

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.
ONN media -ya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.