SON DƏQİQƏ: Ermənistan Tərtər və Goranboyu intensiv artilleriya atəşinə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur. Bu barədə ONN media -ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.