SON DƏQİQƏ: İtkin əsgərlərin yaxınlarından Tonoyana SƏRT TƏLƏB

SON DƏQİQƏ: İtkin əsgərlərin yaxınlarından Tonoyana SƏRT TƏLƏB

Ermənistan müdafiə nazirliyinin binası qarşısında etiraz aksiyası başlayıb. ONN media  xəbər verir ki, Qarabağ döyüşlərində itkin düşən hərbçilərin yaxınları sabiq müdafiə naziri David Tonoyanla görüşməyi tələb edir. Onlar itkin düşmüş hərbçilər, xüsusilə, Azərbaycanın azad etdiyi bölgələrdəki yaxınları barədə məlumat almaq istəyirlər. "Mənim Adımım" blokundan olan Ermənistan parlamentinin deputatı, parlamentin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan etirazçıların qarşısına çıxaraq tələblərin saat 16:30-da hökumətdə müzakirəyə çıxarılacağını deyib. O, jurnalistlərə açıqlamasında isə məsələnin Rusiya rəhbərliyi ilə müzakirə olunduğunu söyləyib. Hazırda etirazçılar müdafiə nazirliyinin binası qarşısında izahat gözləyirlər.

Geri qayıt