Azərbaycanda 38 nəfər koronavirusdan öldü - SON RƏQƏMLƏR

Azərbaycanda koronavirus infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.