Ermənilərin hiyləgər planı baş tutmadı: Qubadlı istiqamətində...

Qubadlı istiqamətində bir neçə kilometr irəliləmişdik ki, sonradan danışıqlar zamanı ərazilərimizi dəyişə bilək. Bunda iştirak etmişdim. Hazırda danışıqlar aparırıq. ONN media xəbər verir ki, bu sözləri tarixi Zəngəzur ərazisində yerləşən Sünik bölgəsinin qubernatoru Melikset Poqosyan etiraz aksiyası keçirən sakinlərə müraciətində deyib. Qeyd edək ki, bölgə əhalisi Qafandan İrəvana və Mehriyə gedən yolu bağlayıb. Ermənilər Qafan şəhərinin Azərbaycanla sərhəd olacaq ərazisini tərk etməyə hazırlaşır.(publika.az)