İtkin düşən daha 2 erməni hərbçi tapıldı

Dağlıqa Qarabağda itkin düşən daha iki erməni hərbçisi sağ tapılıb. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışı Rusiya sülhməramlıları həyata keçirib. "Dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verilib", - məlumatda deyilir.