Karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı YENİ QƏRAR

Karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib. ONN media  xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul edilən qərara əsasən, 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. - 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək; - 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək; - 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək; - 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək; - 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır. Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir. Nazirlər Kabinetinin başqa bir Qərarına əsasən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi barədə qərarın müddəti 2021-ci ilin yanvarın 31-dək uzadılır.

Geri qayıt