Azərbaycanda qarajda "Hyundai" yandı - 5 NƏFƏR...

Xaçmaz rayonunda yanğın olub. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.