Paşinyan devrilmək astanasındadır - Ərdoğan

Hazırda Ermənistanda baş verən hadisələr hərbi qiyama cəhd sayılır. ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə çevrilişə cəhdin hər növünə qarşıdır: “Ordunun hakimiyyəti ələ keçirməsi düzgün deyil. Əgər hakimiyyətdə idarə dəyişiliyi ediləcəksə, bunu yalnız erməni xalqı edə bilər. Onsuzda xalq Paşinyanı devirmək astanasına gətirib. Ancaq çevrilişə cəhdə baxışımız çox fərlidir”.