Akar qəzanın səbəbini açıqladı

İlkin məlumatlar və şahidlərin verdiyi ifadələrə görə, qəzaya hava şəraitinin birdən-birə qəfil dəyişməsi səbəb olub. ONN media xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. “Qəza nəticəsində 11 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı veririk. Qəza ilə bağlı araşdırmalar davam etdirilir”, - Akar bildirib. Qeyd edək ki, dünən axşam Türkiyənin Bingöl şəhərindən havaya qalxan hərbi helikopter Bitlisin Tatvan ilçəsində qəzaya uğrayıb.