Türkiyə və ABŞ birgə təlimlərə başlayır

Türkiyə Silahlı Qüvvələri və ABŞ ordusu Aralıq dənizinin şərqində birgə təlimlər keçirəcək. ONN media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Təlimin bu gün baş tutacaq mərhələsində Türkiyənin “Gemlik” gəmisi və ABŞ-ın “Einsenhower” aviadaşıyıcısı iştirak edəcək. Martın 18-də isə təlimlər genişmiqyaslı şəkildə davam edəcək. İki ölkənin hərbi hava qüvvələrinin təyyarələri də təlimlərə qatılacaq.